Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın ən sərfəli kartı – ATB CARD
Xəbərlər

Azər Türk Bankın ən sərfəli kartı – ATB CARD

24.02.2021

Dövlət bankı Azər Türk Bank kart sahibi olmaq istəyən şəxslərə çox sərfəli şərtlərlə ATB CARD adlı yeni məhsulunu təklif edir.

ATB CARD debit kartı tam funksionallı bir kartdır və onun özəlliyi müştərilərin bu kartla həyata keçirdikləri əksər bank əməliyyatları zamanı xidmət haqqının tələb olunmamasıdır.

Qeyd edək ki, üçillik xidmət müddətli bu kartı Bankın saytında sifariş verməklə pulsuz əldə edə bilərsiniz.

Banka məxsus ATM, internet səhifəsi və müasir, güvənli, istifadəsi rahat ATB360 Mobil əlavə vasitəsilə Card to Card – kartdan ölkənin istənilən bankının kartına pul köçürülməsi müqabilində heç bir faiz tutulmayacaqdır.

Onlayn sifariş verməklə sahibi olacağınız ATB CARD vasitəsilə konvertasiya, fərqli valyutada alış-veriş edilərkən də komissiya tutulmayacaq.

Eləcə də,  ATB CARD sahibləri Azər Türk Banka məxsus ATM və POS terminallar vasitəsilə istənilən məbləğdə, digər bankların bakomatlarında ay ərzində 1000 manatadək vəsaiti komissiya ödəmədən nağdlaşdırma imkanına malik olacaqlar.

Ticarət, ictimai iaşə və xidmət müəssisələrində ATB CARD vasitəsilə edilən ödənişlərin 3%-dək hissəsinin karta qaytarılması (CashBack) nəzərdə tutulmuşdur.

Milli valyutada olan debet kartların qalığına illik 5% dərəcəsi ilə gündəlik faiz hesablanaraq, hər ayın sonu müştərinin həmin  kartına ödənilir.

Həmçinin, ATB360 Mobil əlavə, SMS bildiriş xidmətlərinə qoşulma və istifadə ödənişsiz olacaqdır.

Azər Türk Bankda kredit kartı əldə etmək istəyən, banka əmanət yerləşdirən müştərilərə də eyni sərfəli şərtlərə malik  ATB CARD  təklif edilir. Qeyd edək ki, Bankın kredit kartını əldə etməklə 40 gün ərzində faizsiz kredit xəttindən istifadə mümkündür.

Azər Türk Bankın ən sərfəli kartı olan ATB CARDa sahib olmaq istəyən şəxslər istənilən xidmət ofisinə müraciət etməklə, yaxud Bankın internet səhifəsi vasitəsilə online qaydada sifariş verə bilərlər.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.