Cashback hər ayın 1- 5 tarixləri arası karta mədaxil olunur
25.11.2022
Hörmətli müştərilər!
Bildiririk ki, cari ilin dekabr ayından etibarən Azər Türk Bank tərəfindən təqdim olunan cashback məbləğləri ayın sonuncu iş günü cəmlənərək, hər növbəti ayın 1-5 tarixləri arası karta mədaxil olunur və bu barədə müştəriyə SMS məlumat göndərilir.
Diqqətinizə çatdırırıq ki, ay ərzində ödəmələrin cəmi 1 manatdan yuxarı olduqda, məbləğ üzrə cashback hesablanır.