Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərMüştərilərinə Azər Türk Bankdan əlavə rahatlıq
Xəbərlər

Müştərilərinə Azər Türk Bankdan əlavə rahatlıq

08.04.2021

Dövlət bankı Azər Türk Bank müştərilərinin bankla təmasda rahatlığının, əməliyyatların yerinə yetirilməsində operativliyin təmin olunması istiqamətində işlərini davam etdirir.

Bu məqsədlə  Bankın saytında hüquqi şəxslər və fərdi sahibkarlar üçün yaradılmış https://form.atb.az/  səhifəsi istifadəçilər tərəfindən məmnunluqla qarşılanıb.

Belə ki, sahibkar banka gəlməmişdən öncə veb-səhifəyə daxil olur, lazımi əməliyyatı qeyd etməklə doldurduğu e-blankı banka göndərir. Qısa zaman ərzində bank əməkdaşı müştəri ilə əlaqə saxlayır və əməliyyat üzrə işləri həyata keçirir. Müştəri gün ərzində özünə uyğun vaxtda banka gəldiyi anda əməliyyat yekunlaşdırılır.

Bu xidmətdən istifadə bank əməliyyatının aparılması zamanı müştərilərə öz vaxtlarına qənaət etmək, bankın filiallarında sürətli xidmət olunmaq imkanı verir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.