Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan komissiyasız kreditlər
Xəbərlər

Azər Türk Bankdan komissiyasız kreditlər

24.11.2022

Dövlət bankı Azər Türk Bank “ATB Friday” adlı yeni kampaniyaya başladı.

Belə ki, 25 və 26 noyabr tarixlərində müddətindən asılı olmayaraq götürülən istehlak kreditləri üzrə müştərilər heç bir komissiya ödəməcəyəklər.

Qeyd edək ki, rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 13%-dən başlayır.

Həmçinin 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13,5%, 15%, 16% səviyyəsindədir

Hər bir şəxs, özünün orta aylıq xalis gəlirindən asılı olaraq, 30 000 manatadək kredit əldə edə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.