Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank güzəştli kreditlərin verilməsini davam etdirir
Xəbərlər

Azər Türk Bank güzəştli kreditlərin verilməsini davam etdirir

10.08.2022

Dövlət bankı Azər Türk Bank, müxtəlif sahələrdə fəaliyyət göstərən korporativ müştərilərin habelə mikro, kiçik və orta sahibkarların əlverişli şərtlər və sadə prosedurlar əsasında maliyyələşdirilməsini, onların bizneslərinə maliyyə dəstəyini davam etdirir.

Belə ki, biznes nümayəndələrinin maliyyələşməyə ehtiyacları geniş çeşiddə olan kredit məhsulları, eyni zamanda qarantiya və akkreditivlər hesabına təmin olunur. Azər Türk Bank öz vəsaitləri hesabına ayrılan kredit məhsulları ilə yanaşı, müxtəlif dövlət fondlarının (İpoteka və Kredit Zəmanət Fondu, Sahibkarlığın İnkişafı Fondu, Aqrar Kredit və İnkişaf Agentliyi) müvəkkil təşkilatı olaraq, müştərilərinə dövlət zəmanəti ilə təmin edilmiş, güzəştli şərtləri və uzun müddətli, habelə faiz xərcləri subsidiyalaşdırılan kreditləri də təklif etməkdədir.

Sahibkarlar Azər Türk Bank vasitəsilə fondlar hesabına 10,000,000 manatadək olan vəsaitləri illik 5%-dən başlayan faiz dərəcəsi ilə və 10 il müddətinədək rəsmiləşdirilmiş güzəştli kredit şəklində əldə edə bilərlər. Bundan əlavə, kənd təsərrüfatı sahəsində fəaliyyətdə olan sabihkarlar tərəfindən lazımi texnika və damazalıq heyvanların alış qiymətlərinin, müvafiq olaraq, 40% və 60%-dək hissəsi miqdarında subsidiyanın alınması da mümkündür.

Həmçinin Bankın “Yasamal” filialının yerləşdiyi ünvanda (İ. Qutqaşınlı küçəsi, 89) fəaliyyət göstərən “Kiçik və Orta Biznes Kreditləri Mərkəzində” mikro, kiçik və orta biznes sahibləri çevik, güzəştli və sadə şərtləri olan kreditlərdən faydalana bilərlər.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək olar.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.