Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank istehlak kreditləri üzrə 0% komissiyalar kampaniyasını davam etdirir
Xəbərlər

Azər Türk Bank istehlak kreditləri üzrə 0% komissiyalar kampaniyasını davam etdirir

13.01.2023

Azər Türk Bank 14 yanvar tarixindən istehlak kreditləri üzrə kampaniyanın müddətini uzatdı.

Həmin tarixdən etibarən müştərilərin, müddətindən asılı olmayaraq, götürdükləri istehlak kreditləri üzrə komissiya 0%-dir. Kreditlərin illik faiz dərəcəsi 12,5%-dən başlayır.

Qeyd edək ki, 24, 36, 48 ay müddətinədək verilən kreditlərin illik faiz dərəcəsi, müvafiq olaraq 13%, 14%, 15% səviyyəsindədir.

Orta aylıq xalis gəlirindən asılı olaraq, hər bir şəxs 30 000 manatadək kredit götürə bilər. Təminatsız verilən kreditin maksimum məbləği 15 000 manatdır.

Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək mümkündür.

Kampaniya  31 yanvar daxil olmaqla bu tarixədək qüvvədədir.

 

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.