Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan kiçik və orta biznes sahibləri üçün güzəştli kredit kampaniyası
Xəbərlər

Azər Türk Bankdan kiçik və orta biznes sahibləri üçün güzəştli kredit kampaniyası

03.03.2023

Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes subyektlərinə biznesin inkişafı, investisiya qoyuluşu və müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kredit təkliflərini davam etdirir.

Belə ki, Bank cari ilin mart ayı ərzində kiçik və orta biznes subyektlərinə verilən kreditlər üzrə sərfəli şərtlərlə yeni kampaniyaya başlayıb.

Kampaniya zamanı 12 aydan 48 ay müddətinə kimi rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 11%-dən başlayır.

Bundan əlavə, müddətindən asılı olmayaraq, götürülən kreditlər üzrə komissiya 0% müəyyənləşdirilmişdir.

Kampaniya 31 mart daxil olmaqla bu tarixədək davam edəcəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.