Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi
Xəbərlər

Azər Türk Bank ölkədənkənar köçürmələr üzrə tarifləri endirdi

01.02.2023

Dövlət bankı Azər Türk Bank korporativ müştərilərin “ATB Business” internet bankçılıq vasitəsilə icra olunan xarici valyuta köçürmə əməliyyatları üzrə tariflərin endirilməsi və müştərilərin əlavə xərclərdən azad olunması barədə qərar vermişdir. Belə ki, xarici valyutada olan köçürmələr üzrə komissiya haqqının həm faiz, həm də minimal və maksimal həddi əsaslı şəkildə endirilmiş, bu növ əməliyyatların icrası zamanı müxbir bankların xərclərini Azər Türk Bank öz üzərinə götürmüşdür.

Beləliklə, 01 fevral 2023-cü il tarixindən etibarən korporativ müştərilərin SWIFT sistemi üzərindən “OUR” xidmət haqqı formatında icra olunan xarici valyuta köçürmələri üzrə tarif 0,25% (min. 30 USD/EUR/GBP, maks. 400 USD/EUR/GBP) səviyyəsində müəyyən edilmişdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.