Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kredit faizlərini bir daha endirdi
Xəbərlər

Azər Türk Bank kredit faizlərini bir daha endirdi

01.09.2021

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni, daha sərfəli şərtlərlə davam etdirir.

Belə ki, kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 14% olacaqdır.

Həmçinin, 13 aydan 24 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-ə endirilmişdir.

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniyanın müddəti 30 sentyabr 2021-ci il tarixinədəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.