Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kredit faizlərini endirdi
Xəbərlər

Azər Türk Bank kredit faizlərini endirdi

09.03.2021

Daim müştərilərinin maliyyə ehtiyaclarının ödənilməsinə yardımçı olan dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə başladığı kampaniyanı yeni və daha sərfəli şərtlərlə davam etdirir.

Beləi ki, 9 mart 2021-ci il tarixdən etibarən “İstehlak” kreditləri müştərilərə endirilmiş faizlərlə təklif edilir.

Kampaniya ərzində 3 aydan 48 ay müddətinədək rəsmiləşdirilən bu kreditlərin illik faiz dərəcəsi 15%-dən başlayır.

Kreditin müddəti Faiz dərəcəsi Komissiya Sığorta
12 ayadək 15% 0% 0%
24 ayadək 16% 0% 0%
36 ayadək 17% 1% (min. 50 AZN) 0%
48 ayadək 20% 2% (min. 50 AZN) 0%

Qeyd edək ki, 24 ayadək verilən kreditlər üzrə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank göstərilən tarixədək, müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.