Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank kredit kampaniyasının müddətini uzatdı
Xəbərlər

Azər Türk Bank kredit kampaniyasının müddətini uzatdı

17.01.2022

Dövlət bankı Azər Türk Bank müştərilər üçün sərfəli şərtlərlə istehlak kreditləri üzrə başladığı kampaniyanın müddətini 31 yanvar tarixinədək uzadır.

Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14%-dir.

 

13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 24 ay müddətinədək verilən kreditlərə görə komissiya – 0%.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.