Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank “Rəqəmsal 3” filialını istifadəyə verdi
Xəbərlər

Azər Türk Bank “Rəqəmsal 3” filialını istifadəyə verdi

09.02.2022

Dövlət bankı Azər Türk Bankın xidmət şəbəkəsində daha bir yeni innovativ ofis fəaliyyətə başladı.

Bakı şəhəri, Neftçilər prospekti 67 ünvanda, Bakı Funikulyoruna yaxın ərazidə yerləşən bu filialda bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Müştərilərin burada terminallar və kompüterlərdən özünəxidmət üçün istifadə etməklə, bank xidmətlərini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır.

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla hər cür bank xidmətləri göstərilir.

Azər Türk Bankın qurduğu ekosistem ən müasir sistemləri, bank məhsul və  xidmətlərini yenilənən xidmət şəbəkəsi vasitəsilə müştərilərə təqdim etməyə imkan verir.

Yaxın zamanlarda Bankın eynilə bu konsepsiya üzərində daha dörd filialının istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Qeyd edək ki, Azər Türk Bank son dövrdə “Rəqəmsal”, “Rəqəmsal 2” adlı innovativ ofislərini müştərilərin ixtiyarına vermişdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.