Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank dördüncü innovativ filialını açdı
Xəbərlər

Azər Türk Bank dördüncü innovativ filialını açdı

04.04.2022

Dövlət bankı Azər Türk Bank xidmət şəbəkəsini genişləndirməkdə davam edir.

Bank “Rəqəmsal 4” filialını müştərilərinin ixtiyarına verdi.

Paytaxtın Səbail rayonu ərazisində, Sahil və Xaqani bağları arasında, Üzeyir Hacıbəyov, 16 ünvanda yerləşən bu filialda xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Bankın bu ofisində müştərilərə kreditlər və ödəniş kartlarının əldə edilməsi daxil olmaqla müxtəlif bank xidmətləri göstərilir.

Tezliklə Bankın eynilə bu konsepsiya üzərində daha üç filialının istifadəyə veriləcəyi nəzərdə tutulmuşdur.

Azər Türk Bank son dövrdə artıq üç innovativ filialını müştərilərin ixtiyarına verib.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.