Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank beşinci rəqəmsal filialını açdı
Xəbərlər

Azər Türk Bank beşinci rəqəmsal filialını açdı

28.04.2022

Ölkə bank sistemində bir ilk olaraq rəqəmsal ofisini istifadəyə vermiş dövlət bankı Azər Türk Bank bu günlərdə özünün sayca beşinci olan “Rəqəmsal 5” filialını müştərilərinin ixtiyarına təqdim etdi.

Filial metronun “20 Yanvar” stansiyası yaxınlığında, H. Zərdabi prospekti, 3166 ünvanda yerləşir.

Azər Türk Bankın yenilənmiş müasir xidmət şəbəkəsində yer alan bu filialda da, bankın digər rəqəmsal ofislərində olduğu kimi, bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur.

Qeyd edək ki, Bankın ərsəyə gətirdiyi unikal biznes ekosistemi müştərilərin Bankın veb-saytı mobil tətbiqi vasitəsilə sifarişlərinin qəbulunu, onlayn qaydada sənədləşmə işlərinin görülməsini, daha sonra atb360 mobil əlavəsində banka gəlmədən, 24×7 ödəmə, köçürmə və başqa əməliyyatların rahat və ən qısa müddətdə həyata keçirilməsini mümkün edir. Bu sistem üzrə növbəti və sonuncu mərhələ, lazım olduğu təqdirdə, müştərinin filiala müraciət etməsidir.

Bankın qurduğu ekosistem innovativ xidmət şəbəkəsi vasitəsilə Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri, məhsul və xidmətləri təqdim etməyə imkan verir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.