Azər Türk Bankdan sərfəli “Sahibkar” kredit kartı
17.02.2021
Dövlət bankı Azər Türk Bankın gerçəkləşdirdiyi “Sahibkar” kredit kartı layihəsi kiçik və orta biznes subyektlərinin Bankın təqdim etdiyi məhsullara, o cümlədən maliyyəşməyə çıxışını daha da asanlaşdırmışdır.
Bank “Sahibkar” kredit kartı vasitəsilə, sahibkarlara güzəşt müddətli və imtiyazlı illik faiz dərəcəsi olan kredit xətti təqdim edir.
Belə ki, 40 günədək güzəşt müddəti olan bu kredit xətti, sahibkarın aylıq gəlirinin 80% -i həcmində, maksimal məbləğ 5 min manat olmaqla, heç bir zamin və təminat tələb edilmədən rəsmiləşdirilir.
Azər Türk Bankın “Sahibkar” kredit kartını əldə etmək üçün Bankın istənilən xidmət ofisinə gələrək, yaxud Bankın internet səhifəsinə daxil olaraq onlayn sifariş vermək olar.