Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan müştərilər üçün sərfəli kredit kampaniyası
Xəbərlər

Azər Türk Bankdan müştərilər üçün sərfəli kredit kampaniyası

01.11.2021

Dövlət bankı Azər Türk Bank istehlak kreditləri üzrə müştərilər üçün sərfəli şərtlərlə 1 noyabr tarixindən yeni kampaniyaya başlayır.

Kampaniya ərzində 3 aydan 12 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 14% olacaqdır.

13 aydan 48 ayadək olan istehlak kreditlərinin faiz dərəcəsi 15%-dən başlayır.

Qeyd edək ki, 3 aydan 12 ayadək və 13 aydan 24 ay müddətinədək verilən kreditlərə görə komissiya nəzərdə tutulmamışdır.

Bundan əlavə, Bank müştərinin orta aylıq xalis gəlirindən asılı olaraq, kreditin maksimum məbləğini 30 000 manat, təminatsız verilən kreditin məbləğini isə 15 000 manat səviyyəsində müəyyənləşdirmişdir.

Kampaniya 13 noyabr 2021-ci il tarixinədək davam edəcəkdir.

Azər Türk Bankın saytı vasitəsilə krediti online sifariş vermək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.