Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın xüsusi təqaüdünü alacaq tələbələr müəyyən edildi
Xəbərlər

Azər Türk Bankın xüsusi təqaüdünü alacaq tələbələr müəyyən edildi

14.03.2022

Dövlət bankı Azər Türk Bank  tələbələrin təlim nailiyyətlərinin yüksəldilməsini stimullaşdırmaq və dəstəkləmək məqsədi ilə, təhsil üzrə  göstəriciləri yüksək olan tələbələr üçün Vətən müharibəsində Şəhid olmuş əməkdaşı, mühəndis proqramçı Rauf Əliyevin xatirəsinə xüsusi təqaüd təsis etmişdir.

Bu sosial  proqrama, şərtlərə görə, ali təhsil müəssisələrində  informasiya texnologiyaları yönümlü ixtisaslar üzrə təhsil alan, yüksək nəticələri olan ikinci və üçüncü kurs tələbələri Banka onlayn müraciət etməklə qoşulmuşlar.

Azər Türk Bankın nümayəndələrinin iştirakı ilə seçilən 10 nəfər tələbə 2022-ci ili əhatə edən tədris dövrü üzrə, bu ilin ötən ayları da nəzərə alınmaqla hər ay (3 aylıq yay tətilini çıxmaq şərti ilə) Bank tərəfindən təqaüd alacaqlar.

Martın 11-də Azər Türk Bankın Baş ofisində təqaüdçülərlə görüş olmuşdur. Şəhid Rauf Əliyevin valideynlərinin də iştirak etdiyi bu tədbirdə tələbələrə təqaüd sertifikatları təqdim edilmişdir.

Təqaüdə layiq görülən tələbələr:

  • Məmmədli Kənan

UNEC, İnformasiya Texnologiyaları Mühəndisliyi

  • Mirizadə Ləman

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri

  • Ağayeva Afət

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri

  • Mamedova Nərmin

Bakı Ali Neft Məktəbi, Proseslərin Avtomatlaşdırılması Mühəndisliyi

  • Həsənov Oqtay

Bakı Mühəndislik Universiteti, Kompüter Mühəndisliyi

  • Teymurova Arzu

Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Kompüter elmləri

  • Murad Abdullayev

Bakı Ali Neft Məktəbi, İnformasiya Təhlükəsizliyi

  • Şəbnəm Mirzəyeva

Bakı Mühəndislik Universiteti, İnformasiya Təhlükəsizliyi

  • Hüseynbaba Rzaquliyev

Bakı Mühəndislik Universiteti, Kompüter mühəndisliyi

  • Radmila Musayeva

Bakı Ali Neft Məktəbi, İnformasiya təhlükəsizliyi

 

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.