atb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı
26.04.2023
![](https://old.atb.az/wp-content/uploads/2023/04/atb_360_767x500px_az-365x238.png)
Dövlət bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.
Belə ki, müştərilərin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar artırılmışdır:
• Cari hesablar üzrə əməliyyatların lenti;
• Bildiriş xidmətini aktiv və deaktiv etmək imkanı;
• Balansın gizlədilməsinin yeni üsulu;
• Cüzdanda cari hesabları göstərməmək imkanı.
Eləcə də, 01 may 2023-cü il tarixdən etibarən, kredit kartları istisna olunmaqla, bütün növ ödəniş kartları vasitəsilə aparılan əməliyyatlar üzrə məlumatlar atb360 mobil tətbiqində, tamamilə ödənişsiz olaraq, Push-bildiriş şəklində göndəriləcəkdir. Qeyd edək ki, müştərilər tərəfindən istənilən vaxt bildiriş xidmətinin SMS və ya Push formasında olması aktiv yaxud deaktiv edilə bilər. SMS-bildiriş tərcih edildiyi təqdirdə müştərilər bu xidmətə abunə ola bilərlər. 3D Secure və OTP üzrə SMS bildirişlər əvvəlki qaydada ödənişsiz olaraq göndəriləcək.
SMS bildiriş xidməti üzrə tariflər aşağıdakı kimi olacaq:
![](https://old.atb.az/wp-content/uploads/2023/04/atb-text-foto-365x308.jpg)
Xatırladırıq ki, hər bir şəxs atb360 tətbiqini mobil telefonuna yükləməklə atb kartı ödənişsiz olaraq birbaşa tətbiqin daxilində sifariş verə bilər.