Bizə qoşulun:
RU
Əsas səhifəXəbərləratb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı
Xəbərlər

atb360 mobil əlavəsinə yeni funksiyalar artırıldı

22.02.2023

Dövlət Bankı Azər Türk Bank müştərilərinin rahatlığı istiqamətində işlərini davam etdirir.
Belə ki, müştərilərin ixtiyarında olan güvənli, istifadəsi rahat atb360 mobil əlavəsinə Bank tərəfindən yeni funksiyalar əlavə edilmişdir.

Yeni yaradılmış bir bölmədə keşbek üzrə statistika yerləşdirilib. Kart sahibləri ticarət və xidmət müəssisələrində ödənişlər edərkən toplanan, ödənilməli olan və ümumi ödənilmiş “keşbek” məbləğləri mobil tətbiqdə əks olunub.

Həmçinin kart sahibləri mobil tətbiqdə Bankın keşbek layihəsi tərəfdaşlarının siyahısı və onların tətbiq etdikləri keşbek faizləri ilə ətraflı tanış ola biləcəklər.

Bundan başqa atb360 mobil tətbiqinə tranzaksiyalar siyahısında filtrlər və axtarış, cari hesabların göstərilməsi, cari hesablara ad təyin olunması, balansın gizlədilməsi yaxud göstərilməsi kimi yeni funksiyalar əlavə edilmişdir.

Qeyd edək ki, atb360 tətbiqini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.