Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın atb debet kartları üzrə tariflərdə dəyişiklik
Xəbərlər

Azər Türk Bankın atb debet kartları üzrə tariflərdə dəyişiklik

28.03.2022

Dövlət bankı Azər Türk Bank atb debet kartları ilə aparılan əməliyyatlar üzrə bir sıra dəyişikliklərin edilməsinə qərar vermişdir.

Belə ki, MilliÖn  və E-manat ödəniş sistemləri tərəfindən xidmət haqqının kəskin şəkildə artırılması bank əməliyyatları üzrə tariflərə yenidən baxılmasına zərurət yaratmışdır.

01 aprel tarixindən yuxarıda göstərilən əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa MilliÖn və E-manat sistemləri tərəfindən tutulacaq. Azər Türk Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Həmçinin əməliyyatların sayına tətbiq edilən limit Bank tərəfindən ləğv edilir.

Qeyd edək ki, terminallar vasitəsilə debet karta mədaxil əməliyyatları üzrə komissiyalar Azər Türk Bank tərəfindən qarşılanırdı.

Bildirmək istəyirik ki, kartınızın balansını bankımıza məxsus terminallar vasitəsilə heç bir komissiya tutulmadan 24/7 artıra bilərsiniz.

Əlbəttə ki, Azər Türk Bank daim öz müştərilərinin istəklərini nəzərə alan, onların ehtiyaclarını düşünən bir təşkilatdır. Ona görə də Bank müştərilərin sevincinə səbəb ola biləcək bir sıra qərarlar qəbul etmişdir.

Bank AZN valyutada olan debet kartların qalığına illik gəlir faizi hesablanması üzrə nəzərdə tutulan maksimal məbləği 10 min manat artıraraq, 35 000 manat səviyyəsinə yüksəltdi. Debet kartın qalığına illik 5% gəlir hesablanır.

Kart sahiblərinin rifahını və rahatlığını nəzərə alan Azər Türk Bank ölkə ərazisində digər bankların ATM və POS-terminallarında milli valyutada olan atb debet kartı ilə  nağdlaşdırma zamanı 20 AZN həcmində minimal məbləğ şərti ləğv edildi.

Həmçinin bankomatlardan aylıq nağdlaşdırma həddi 10 min manatdan 20 000 manat və ya onun xarici valyutada ekvivalentinədək yüksəldildi.

Yuxarıda göstərilən əməliyyatlar üzrə nəzərdə tutulmuş xidmət haqlarının müştərilərin mənafeyi naminə Bank tərəfindən qarşılanmasının bundan sonra da davam etdirilməsi barədə qərar verilib.

Bundan əlavə, atb debet kartı ilə edilən Card to Card, Bankın internet səhifəsində kartın balansının artırılması, eləcə də atb360 mobil tətbiq vasitəsilə Banka məxsus olmayan debet kartlardan mədaxil əməliyyatlarının sayına qoyulmuş aylıq limit Bank tərəfindən ləğv edilib. Qeyd edək ki, bu əməliyyatlar üzrə komissiya tutulmayacaq.

Bankın tarifləri ilə bu keçid vasitəsilə tanış ola bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.