Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu
Xəbərlər

Azər Türk Bank Ani Ödənişlər Sisteminə qoşuldu

15.10.2020

Dövlət bankı Azər Türk Bank AR Mərkəzi Bankı tərəfindən Rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı çərçivəsində hazırlanmış Ani Ödəniş Sisteminə (AÖS) qoşulub.

Ani Ödəniş Sistemi fiziki və hüquqi şəxslər arasında ölkə daxili manat köçürmələrini sürətli və daha rahat həyata keçirməyə imkan verəcəkdir.

Müştərilər Banka müraciət etməklə öz hesablarından AÖS-də istifadə etmək üçün ilkin qeydiyatdan keçə bilərlər.

Daha ətraflı məlumatı  atb.az saytından, Bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, Whats App (055) 7770-945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.