Dövlət bankı Azər Türk Bank mövcud vəziyyətlə əlaqədar həyata keçirilən #evdəqal kampaniyasına və bisnes subyektlərinə dəstək verməklə, korporativ müştərilərin bank əməliyyatlarına növbəti güzəştlər etmişdir.
Belə ki, Bankda 04.05.2020-ci tarixindən etibarən “ATB Business” internet-bankçılıq xidməti vasitəsilə icra edilən respublikadaxili köçürmə əməliyyatları üzrə tariflərin növbəti dəfə endirilməsinə dair qərar qəbul olunmuşdur.
Eyni zamanda, Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri cari ilin 31 may tarixinədək “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.
“ATB Business” xidməti bank əməliyyatlarını geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və başqa büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.
Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.
Daha ətraflı məlumatı WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.
+012945
və ya WhatsApp-a yazın+994557770945
.+012945
və ya WhatsApp-a yazın+994557770945
. 15.000 AZN/USD/EUR/GBP
ilkin madaxillə