Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərBakıKarta 5 AZN yükləyin, 1 AZN keşbek qazanın
Xəbərlər

BakıKarta 5 AZN yükləyin, 1 AZN keşbek qazanın

31.05.2022

Hörmətli müştərilər!

Bankımız Mastercard ödəniş sisteminin 31 may tarixindən başladığı yeni kampaniyaya qoşulmuşdur. Belə ki, indi bankın kart sahibləri online.bakikart.az veb-saytına daxil olaraq, BakıKartına ən az 5 AZN yükləməklə, 1 AZN məbləğində keşbek qazanacaqlar.

Qeyd edək ki, yalnız Mastercard və ya Maestro kart sahibləri bu kampaniyadan faydalana bilərlər. Kəşbək ödəniş edildikdən sonra 2 iş günü ərzində müştərinin BakıKart balansına köçürülür.

Maksimum qazanc 3 yükləmə ilə məhdudlaşır. Ümumilikdə isə kampaniya 50 000 əməliyyatla məhduddur.

Həmçinin Mastercard şirkəti bildirir ki, əvvəlcədən xəbərdarlıq etmədən kampaniyanın şərt və qaydalarını dəyişdirmək hüququnu özündə saxlayır.
İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.