“E-manat” sistemində texniki problemlər həll olunub
16.06.2022
Nəzərinizə çatdırırıq ki, iyun ayının 15-dən etibarən Azər Türk Bank müştəriləri “E-manat” ödəniş terminalları vasitəsilə bank kartlarına mədaxil zamanı problemlərlə üzləşiblər.
Yaşanan texniki problem “E-manat” ödəniş sistemi ilə əlaqədar olub və hazırda aradan qaldırılıb.
Qeyd edək ki, Azər Türk Bank kart hesablarına ödənişsiz mədaxili pay.atb.az saytında, atb360 mobil tətbiqində, Bankın terminalları vasitəsilə və ya filiallarda etmək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 7770 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.