Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərBankın fiziki şəxs olan əmanətçilərinin nəzərinə
Xəbərlər

Bankın fiziki şəxs olan əmanətçilərinin nəzərinə

03.02.2023

Hörmətli müştərilər,

Diqqətinizə çatdırırıq ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.1.22-ci maddəsinə əsasən, 2016-cı il fevralın 1-dən etibarən 7 il müddətində fiziki şəxslərin banklarda yerləşdirdiyi əmanətlər üzrə faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi barədə  güzəştin müddəti cari ilin 01 fevral tarixində bitmişdir.

Bununla əlaqədar olaraq, həmin tarixdən etibarən fiziki şəxslərin əmanətləri və plastik kartlardakı əmanət vəsaitləri üzrə ödənilən illik faiz gəlirlərindən ödəmə mənbəyində 10% dərəcə ilə vergi tutulacaqdır.

Həmçinin bildiririk ki, 1 fevral 2023-cü il tarixədək hesablanmış, lakin əmanətçilərə ödənilməmiş faizlər onların ödənilmə tarixindən asılı olmayaraq gəlir vergisinə cəlb edilməyəcək.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.