Kart sahiblərinin nəzərinə
28.03.2022
Müştərilərin diqqətinə çatdırırıq ki, 01 aprel tarixindən etibarən atb debet kartları ilə yanaşı, Azər Türk Banka aid sahibkar, biznes və maaş kartları ilə əməliyyatlar üzrə 1% həcmində xidmət haqqı birbaşa MilliÖn və E-manat sistemləri tərəfindən tutulacaq.
Qeyd edək ki, Azər Türk Bank bu əməliyyatlar üzrə heç bir komissiya nəzərdə tutmayıb. Həmçinin əməliyyatların sayına tətbiq edilən limit Bank tərəfindən ləğv olunub.