Korporativ müştərilərə xidmət – bir ünvanda!
10.04.2020
Dövlət bankı Azər Türk Bank xidmət keyfiyyətinin daha da artırılması məqsədi ilə görülən işlər çərçivəsində daha bir yeniliyə qərar vermişdir.
Belə ki, 13 aprel 2020-ci il tarixindən etibarən Bankın “Mərkəz”, “Bakı” və “Yasamal” filiallarının korporativ müştərilərinə fiziki xidmətin göstərilməsi bir ünvanda – Bakı şəhəri, C.Məmmədquluzadə küçəsi, 85: 192/193-də yerləşən “Müştəri Xidmətləri Mərkəzində” davam etdiriləcəkdir.
Müştərilərimiz əlavə məlumat üçün onlara xidmət göstərən bank əməkdaşları və ya çağrı mərkəzi (Tel: +994 12 945) ilə əlaqə qura bilərlər.