Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankdan yeni dizaynlı plastik kartlar və pulsuz xidmət
Xəbərlər

Azər Türk Bankdan yeni dizaynlı plastik kartlar və pulsuz xidmət

09.12.2019

Azər Türk Bank özünə məxsus ödəniş kartlarının istifadədə rahatlığı və təhlükəsizliyi qayğısına qalmaqla yanaşı, həmçinin onların vizual və estetik görünüşünün daha da maraqlı, gözoxşayan olması barədə düşünür. Belə ki, aparılan restaylinq prosesinin növbəti mərhələsi olaraq, Bank tərəfindən özəl və nəfis tərtibatlı yeni plastik kartlar hazırlanmışdır. Bank kartları dizaynında ən son tendensiyaları özündə əks etdiən bu kartlar tezliklə müştərilərin ixtiyarına veriləcəkdir.

Həmçinin Bankın yeni prosessinq mərkəzinin imkanları nəzərə alınmaqla ən müasir mobil tətbiqlərdən olan  “ATB 360” mobil bankçılıq xidməti üzərində də işlər uğurla davam etdirilir. Bununla əlaqədar olaraq, 6 dekabr tarixindən etibarən kart sahibi olan müştərilər üçün SMS-məlumatlandırma xidməti pulsuz olacaqdır.

Azər Türk Bankın plastik kartlarına sahib olmaq üçün Bankın istənilən xidmət ofisinə gələrək, şəxsiyyəti təsdiq edən sənədi təqdim etməklə, yaxud sayta daxil olaraq onlayn sifariş vermək olar.

 

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.