Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlər“ATB Business” hər bir sahibkarın ən fəal köməkçisidir
Xəbərlər

“ATB Business” hər bir sahibkarın ən fəal köməkçisidir

18.05.2020

Azər Türk Bankın “ATB Business” internet-bankçılıq xidmətinin daha bir sıra üstün cəhətləriini potensial korporativ müştərilərimizin nəzərinə çatdırırıq. Belə ki, bu xidmətdən istifadə edən sahibkar bir pəncərədən bir neçə şirkəti idarə etmək imkanı əldə edir.

Bundan başqa, şirkətlərin daxili mühasibatlıq sistemi ilə inteqrasiyası və ödənişlərin avtomatik internet-bankçılıq xidmətinə yüklənməsi hesabına əməliyyatların ayrı-ayrı proqram təminatlarında təkrar yığılmasına ehtiyac olmur. Habelə, sistemdə kütləvi ödənişlərin ümumi bir imza ilə təsdiqi imkanı da mövcüddur.

Əməkhaqqı köçürmələrini həm Excel faylları formasında olan cədvəli sistemə yükləməklə, həm də sistemdə əməkdaşların hesablarını siyahıdan seçməklə birbaşa ödənişləri həyata keçirmək mümkündür.

“ATB Business” xidməti bank əməliyyatlarının geniş çeşidini banka gəlmədən, onlayn rejimdə, rahat şəkildə və minimal komissiya xərcləri əsasında həyata keçirməyə, o cümlədən hesablar, kreditlər və əmanətlər barədə məlumatların nəzərdən keçirilməsi, xarici ölkələrə və ölkədaxili köçürmələri, əməkhaqqı, ƏDV və müxtəlif büdcə ödənişləri, çıxarışların əldə edilməsi və digər əməliyyatları yerinə yetirməyə imkanlar verir.

Azər Türk Bankda hesab açmaq və “ATB Business” internet-bankçılıq xidmətinə qoşulmaq istəyən hüquqi şəxs və fərdi sahibkarlar Bankın saytına daxil olub onlayn müraciət edə bilərlər.

Qeyd edək ki, Bankın hüquqi şəxs və fərdi sahibkar olan müştəriləri onlayn müraciət əsasında hesab açaraq “ATB Business” internet-bankçılıq xidmətinə qoşulduqda, dərhal 100 manat məbləğində bonus qazanacaq və cari ilin 31 may tarixinədək ilk 7 gün ərzində bu platforma üzərindən aparılan bütün əməliyyatlar komissiyasız həyata keçirləcəkdir.

Daha ətraflı məlumatı WhatsApp (055) 7770 945, yaxud (012) 945 nömrəli Məlumat Mərkəzindən əldə edə bilərsiniz.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.