atb360 tətbiqində atb Visa kart sahibləri üçün yenilik!
18.10.2023

atb kart sahibləri atb360 mobil tətbiqində yeni istifadəyə verilmiş xidmət sayəsində bir çox xarici ölkələrin banklarının Visa ödəniş sistemlərinə aid kartlarına pul köçürə biləcəklər.
Belə ki, müştərilərin ay ərzində 17000 AZN və ya bu məbləğə bərabər xarici valyutanı ölkələrarası kartdan karta xidməti vasitəsilə Visa və eləcə də Mastercard ödəniş sistemlərinə aid kartlara köçürmə etmək imkanları olacaqdır.
Köçürmələr üzrə komissiya, minimum 3 AZN/USD/EUR/GBP olmaqla, göndərilən vəsaitin 1,5%-ni təşkil edir.
Qeyd edək ki, atb360 mobil əlavəsini App Store və ya Google Play-dən mobil telefona yükləmək mümkündür.