Korporativ müştərilərin nəzərinə!
15.04.2020
Hörmətli müştərilər, hüquqi şəxslər və fərdi sahibkarlar üçün bank əməliyyatlarının həyata keçirilməsi üzrə elektron anket vasitəsilə növbədə gözləyəcəyiniz vaxta qənaət edin.
Bunun üçün:
- hub.atb.az/anket ünvanına daxil olun
- Müvafiq xanalara VÖEN və mobil nömrənizi daxil edin
- Həyata keçirmək istədiyiniz xidmət növünü seçin
- “Göndər” düyməsinə basın
Əməkdaşlarımız qısa zamanda Sizinlə əlaqə saxlayıb, müvafiq əməliyyatı Siz gələnədək yerinə yetirəcəklər.
Müraciətlərin işlənilməsi: 10:00-dən 17:00-dək, I-V günlər
Ətraflı məlumatı günün istənilən vaxtı 012945 və ya 055 7770 945 (Whatsapp) nömrələri ilə əlaqə saxlayaraq əldə edə bilərsiniz.