Bizə qoşulun:
RU
Əsas səhifəXəbərlərAzər Türk Bankın yeni filialı fəaliyyətə başladı
Xəbərlər

Azər Türk Bankın yeni filialı fəaliyyətə başladı

23.11.2020

Dövlət bankı Azər Türk Bank «Rəqəmsal» adlı yeni filialını müştərilərin istifadəsinə verdi.

Bakı şəhəri, Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi, 99 ünvanda yerləşən filial Azər Türk Bankın qurduğu biznes ekosistemində özünəməxsus yeri olan və Bankın yeni innovativ xidmət şəbəkəsində, həmçinin ölkə bank sistemində bir ilkdir.

Filial pərakəndə satış bazarında modernləşdirilmiş məhsul və xidmətləri təqdim edərək fəaliyyət göstərir.

Üstün xidmət səviyyəsi təqdim olunan bu filialda bankın müştərilərinə müxtəlif növ kreditlər, ödəniş kartları, əhalidən əmanətlərin qəbulu, cari hesablar üzrə əməliyyatlar da daxil olmaqla geniş bank xidmətləri göstərilir.

Müştərilərin burada terminallar və kompyuterlərdən özünəxidmət üçün istifadə etməklə, istənilən bank xidmətini internetdən, mobil əlavədən və digər vasitələrlə məsafədən əldə edə bilməsi üçün hər bir şərait yaradılmışdır. Burada bütün xidmət və məhsullar, əməliyyatlar elektron formatda təklif olunur. Bundan başqa,Bankın yenilənmiş ATB360 mobil əlavəsi də istifadəçilərin ixtiyarına verilmişdir. Mobil əlavə ilkin olaraq test rejimində təqdim olunur.

Qeyd edək ki, tezliklə Bankın «Mərkəz» filialı da yeni ünvanda öz fəaliyyətini eynilə bu konsepsiya üzərində davam etdirəcəkdir.
Azər Türk Bank yaxın gələcəkdə klassik bank modelindən uzaqlaşmaq, modernləşdirilmiş elektron filiallar qurmaq niyyətindədir.

Bankın son dövrdə ərsəyə gətirdiyi ekosistem, yenilənmiş xidmət şəbəkəsi vasitəsilə, Azərbaycanda tələb oluna biləcək ən müasir sistemləri və məhsulları təqdim etməyə imkan verəcəkdir.

İstəyimiz mükəmməl olmaqdır!
Xidmət və məhsulları inkişaf etdirməyimiz və Sizə özəl təkliflər hazırlamağımız üçün
onlayn sorğunu keçməyinizi və ya istəklərinizi qeyd etməyinizi xahiş edirik.
Bu sayt istifadəçilərə maksimum rahatlıq yaratmaq üçün cookie fayllar və digər bənzər texnologiyalardan istifadə edir. Saytdan istifadəyə davam edərək Siz cookie faylların istifadəsinə razılıq vermiş olursunuz.